AUT.AZ

Peşəkar Futbol Liqasının yeni loqosu

Peşəkar Futbol Liqasının yeni loqosu müəyyənləşib.

Aut.az xəbər verir ki, 130 nümunə arasından qalib seçilən Fərhad Sultanovun dizayn etdiyi loqo özündə bir neçə amili ehtiva edir:

1) Loqoda futbolu ifadə edən top təsvir olunub;

2) Mərkəzdə alov və buta silueti var. Onlar odlar yurdu Azərbaycana işarədir;

3) Loqodakı kürə qlobal dünya futbolunun simvoludur;

4) Alov və buta ilə ayrılan sahə qlobal futbolun ayrılmaz hissəsi olaraq bizim futbolu ifadə edir.

Exit mobile version