AUT.AZ

“Neftçi” “Zenit”in futbolçusu ilə güclənir

“Neftçi” klubu Rusiyanın “Zenit” klubunda icarə əsasında çıxış edən Qazaxıstan millisinin üzvü Nurali Aliplə maraqlanır.

Aut.Az xəbər verir ki, bu barədə Qazaxıstanın “Vesti” portalı məlumat yayıb.

 

Sankt-Peterburq klubunun icarə müqaviləsinin müddəti qışda başa çatacaq müdafiəçi ilə yeni anlaşma imzalamağa maraq göstərmədiyi bildirilir. 22 yaşlı futbolçu “Axmat” və “Orenburq” klubları ilə yanaşı, “Neftçi”nin də “radar”ına düşüb.

Exit mobile version