AUT.AZ

Molla rejimi himni oxumayanları həbs edəcək?

İran milli futbol komandasının futbolçuları 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin ilk turunda İngiltərə ilə oyundakı hərəkətlərinin xoşagəlməz nəticələri ilə üzləşə bilər .

Aut.az xarici KİV-ə istinadla xəbər verir ki, futbolçular küçə etirazlarını vəhşicəsinə yatıran ölkə hakimiyyətinin hərəkətlərinə etiraz əlaməti olaraq himni oxumaqdan imtina ediblər.

Albany Universitetinin ( ABŞ ) beynəlxalq hüquq üzrə tədqiqatçısı David Cinnin sözlərinə görə, İran milli komandasının oyunçuları və onların ailə üzvləri haqqında cinayət işi açıla bilər.

David Cinn deyib ki, oyunçular vətənə qayıdandan sonra həbs olunma ehtimalları var:

“Eyni zamanda, hesab edirəm ki, ictimai simpatiya idmançıları qoruya bilər. Bununla belə, İran hakimiyyətinin hərəkətlərini proqnozlaşdırmaq çətindir.”

Görüş İngiltərə yığmasının 6:2 hesablı  qələbəsi ilə başa çatıb.

Exit mobile version