AUT.AZ

Millidə qol hesabını açdı

21 yaşadək futbolçulardan ibarət Ukrayna millisi yoldaşlıq görüşü keçirib.

Aut.az xəbər verir ki, Ruslan Rotanın rəhbərlik etdiyi kollektiv Gürcüstandan olan həmyadışları ilə qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb – 1:1.

“Sabah”da çıxış edən Aleksey Kaşuk da bu görüşün iştirakçısı olub. O, 63-cü dəqiqədə Ukraynanı önə keçirən qola imza atıb. Bu, Kaşukun yığmada ilk qoludur.

Müqavilə ilə Donetsk “Şaxtyor”una məxsus olan ukraynalı futbolçu icarə əsasında “Sabah”da forma geyinir.

Exit mobile version