AUT.AZ

Messi Maradonanı geridə qoydu

Lionel Messi Argentina millisinin tarixinə düşüb.

Aut.Az xəbər verir ki, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanına qarşı ilk tur matçında fərqlənməklə nail olub.

Forvard Argentina yığmasında 4 mundialda (2006, 2014, 2018 və 2022) fərqlənən ilk oyunçu adına sahib çıxıb.

Messi Dieqo Maradona (1982, 1986, 1994) və Qabriel Batistutanın (1994, 1998 və 2002) rekordunu geridə qoyub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yığması hazırda 2:1 hesabı ilə öndədir.

Exit mobile version