AUT.AZ

Messi məğlubiyyətdən danışdı – Həmin an düşündük ki…

Argentina yığmasının lideri Lionel Messi DÇ-də Səudiyyə Ərəbistanı ilə keçirilən oyun haqda danışıb.

Aut.az xəbər verir ki, argentinalılar DÇ-2022-nin qrup mərhələsinin 1-ci turunun matçında hesabda önə keçmələrinə  baxmayaraq, məğlub olublar – 1:2. Messi oyunu belə təhlil edib:

“Rəqibin necə oynadığını bilirdik, amma bir az tələsirdik. Özümüzü rahat hiss etmirdik.

Çox tez qol vurduq, sonra ləğv edilmiş qollar oldu. Həmin an düşündük ki, daha çox şansımız olacaq.

Səhv etdiyimiz də məhz bu məqamdır.  Oyunu çox sürətləndirdik, bir cinahda ilişib qaldıq, topu bir tərəfdən digərinə ötürmədik.

Sonra rəqib önə keçdi. Bundan sonra qeyri-sabit oynamağa başladıq, effektivliyi itirdik, çarəsiz hərəkətlər etdik, mərkəzdə sıxlaşdıq. Nəticə məni məyus etdi, amma bizi qarşıda nə gözlədiyi haqda düşünməliyik”.

 

Aut.az

Exit mobile version