FİFA Belçika Futbol Federasiyasını milli komandanın formasını dəyişməyə məcbur edir.
Aut.az ESPN-ə istinadən xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası Belçika millisinin səfər formasının yaxasından “sevgi” sözünün çıxarılmasını tələb edib. Qərar DÇ-2022-də Kanada ilə oyuna iki gün qalmış verilib.
İddia olunur ki, FİFA belçikalılarla məsələni müzakirə etməkdən qəti şəkildə imtina edib.
Belçikalılar tələbi qəbul edib-etməyəcəkləri ilə bağlı hələ qərar verməyiblər.
Səfər köynəyinin dizaynı Bom şəhərində keçirilən elektron musiqi festivalı “Tomorrowland” ilə əməkdaşlığın nəticəsidir. Formadakı “sevgi” sözünün FİFA-nın DÇ-2022-də taxmağı qadağan etdiyi “One Love” sarğısı ilə heç bir əlaqəsi yoxdur.
Belçika güzəştə getsə, təcili olaraq yeni formanın istehsalı və Qətərə göndərilməsi üçün “Adidas”la danışıqlar aparmalı olacaq.
Aut.az