AUT.AZ

DÇ-də hissələrə əlavə edilən dəqiqələr niyə çoxdur? – Kollinanın izahı

Qətərdə keçirilən dünya çempionatında hakimlərin hissələrə əlavə etdiyi dəqiqələrin sayı çox olur.

Aut.az xəbər verir ki, FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina bu məsələyə münasibət bildirib. O, “Football Italia”ya açıqlamasında belə deyib:

“Hamıdan xahiş edirik ki, dördüncü hakim istər altı, istər yeddi, istərsə də səkkiz dəqiqə yazılmış tablo qaldırdığını görsəniz, təəccüblənməyin.

Daha çox oyun vaxtı istəyirsinizsə, bu əlavə dəqiqələrə hazır olmalısınız. Üç qolun vurulduğu bir matç təsəvvür edin.

Qol sevinci, adətən bir dəqiqə yarım davam edir, buna görə də üç qol vurulanda, beş-altı dəqiqə itirirsiniz. Etmək istədiyimiz, hər hissənin sonunda oyunda verilən fasiləni dəqiq hesablamaqdır”.

Aut.az

Exit mobile version