AUT.AZ

Həbibin favoritləri

Yüngül çəkidə (70 kiloqrama qədər) sabiq UFC çempionu Həbib Nurməhəmmədov noyabrın 20-də başlayan dünya çempionatının 3 əsas favoritinin hansı komandalar olduğunu deyib.

Aut.Az xəbər verir ki, karyerasını bitirmiş dağıstanlı mətbaut konfransında belə danışıb:

“Məncə, İngiltərə özünü yaxşı tərəfdən göstərəcək. Digər favoritlərdən danışsaq, Braziliya və Niderlandın da adını çəkməliyəm. Əlbəttə, Argentina, Fransa, İspaniya, Xorvatiya, Belçika və Almaniya da var. Amma mən bu üç komandanı daha şanslı görürəm”.

Exit mobile version