AUT.AZ

Andrade “Qarabağ”dan getdiyi üçün peşmandır – Neftçi”yə gəlir?

“Qarabağ”ın sabiq futbolçusu Patrik Andrade karyerasını yenə də Azərbaycanda davam etdirə bilər.

Məlumata görə, Andrade “Partizan”dan ayrılmaq istəyir. Onun “Neftçi”yə keçəcəyi ilə bağlı söz-söhbət yayılıb. Vaxtilə futbolçunun “Qarabağ”a keçidində vasitəçilik etmiş menecer Tural Əsgərov “Futbol+” qəzetinə verdiyi açıqlamada məsələyə münasibət bildirib. O, Andradenin “Qarabağ”dan ayrıldığı üçün peşman olduğunu deyib:

“Andradeni “Neftçi”yə təklif etməmişəm. İnanmıram ki, “Partizan” futbolçusunu “Neftçi”yə hədiyyə etsin. O, Serbiya klubunda o qədər məvacib alır ki… “Neftçi”nin bu məbləğin yarısını da verməyə gücü çatmaz. Bu səbəbdən də, düşünürəm ki, informasiya yanlışdır.

Amma deyə bilərəm ki, Andrade “Qarabağ”dan getdiyi üçün peşmandır. İmkanı olsa, Azərbaycana, amma Ağdam təmsilçisinə qayıtmaq istəyər. “Neftçi”yə gələr? Bu haqda dəqiq heç nə deyə bilmərəm”.

Aut.az

 

Exit mobile version