AUT.AZ

Almaniya millisində ciddi itki

Almaniya millisi DÇ-2022-nin ilk turunda “Bayern Münhen”in vingeri Leroy Sanenin xidmətindən yararlana bilməyəcək.

Aut.Az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidmət məlumat yayıb.

 

26 yaşlı futbolçunun dizindən aldığı zədə hələ tam sağalmayıb.

Qeyd edək ki, Bundestim Qətərdə ilk oyununu sabah Yaponiyaya qarşı keçirəcək.

Sane bu mövsüm “Bavariya”nın heyətində 19 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Exit mobile version