AUT.AZ

60 minlik arenada 67 min azarkeş – FİFA izahat verdi

FİFA DÇ-2022-in oyunlarının keçirildiyi stadionların tutumu ilə bağlı yaranan çaşqınlıqla bağlı açıqlama verib.

Aut.az xəbər verir ki, Qətərlə Ekvador arasında keçirilən açılış oyununda stadionda 67 min 732 tamaşaçının olduğu bildirilib. Amma daha əvvəl məlumat yayılmışdı ki, arena 60 min tamaşaçı tutumuna malikdir. FİFA bu uyğunsuzluğu belə izah edib ki, DÇ üçün tikilən stadionlarda 40 min tamaşaçı tutumu minimum tələbdir.

Stadionun bütün hazırlıqları başa çatdıqdan sonra isə yekun ötürmə qabiliyyəti müəyyən edilir. Açılış oyununun keçirildiyi arenanın tutumu ilə bağlı yayılan məlumat da, stadion tam hazır olmamışdan əvvəlki dövrə aiddir. FİFA stadionların tutumu ilə bağlı yekun rəqəmləri yayıb:

“Əhməd bin Əli” – 45 032 nəfər;

“Əl-Beyt” – 68 895 nəfər;

“Əl Cənub” – 44 325 nəfər;

“Əl-Tumama” – 44,400 nəfər;

“Edyukeyşin Siti” – 44 667 nəfər;

“Xəlifə İnterneşnl” – 45,857 nəfər;

“Lusail Aykonik” – 88 966 nəfər;

“974” – 44 089 nəfər.

 FİFA bildirib ki, bir sıra oyunlarda tutum fərqli ola bilər.

 

 

Exit mobile version