AUT.AZ

4 milyard verdilər, rədd etdi

PSJ-in prezidenti Nasser Əl-Həlaifi klubu satmaq üçün böyük bir təklifi rədd etdiyini bildirib.

Aut.az “talkSPORT”a istinadən xəbər verir ki, Nasser klubun səhmlərinin az hissəsini sata biləcəyini də bildirib:

“4 milyard avrodan çox təklif  var idi. Biz klubu tamamilə satmaq fikrində deyilik, amma kiçik bir faizi sata bilərik. Müxtəlif təkliflər üzərində düşünürük.

Digər klublar və insanlar həmişə PSJ-dən danışır və düşünürlər ki, bizdə ancaq pul var və onu xərcləyirik. Bu doğru deyil. Futbol da biznesdir. Biz klubu 70 milyon avroya almışıq. İndi onun dəyəri 4 milyard avrodan çoxdur.

Fərqli təkliflərimiz var. Bəli, bu, fantastik biznesdir. Layihələrimizin yaxşı olduğuna inanıram.

Futbolda qərarları sən verirsən. Səhv qərarlar verə bilərsiniz. Özümüzə qarşı dürüstük, əlimizdən gələni edirik. Biz klubu bugünkü yerə gətirmişik. Məncə, bununla fəxr etməliyik”.

Aut.az

 

Exit mobile version