AUT.AZ

“Şamaxı” sabiq əməkdaşlarının pulunu niyə vermir? – Rəsmi açıqlama

“Şamaxı”nın bir neçə əməkdaşı Aut.az-a müraciət edərək komandanın onlara borclu olduğunu bildirib. Təxminən 7 nəfər sabiq əməkdaş bildirir ki, komandada müqavilə əsasında işləyiblər və iyul ayından müqaviləyə xitam verilib. Amma iyun ayının pulunu ala bilmirlər. Onlar komandada müxtəlif işlərdə – sürücü, gözətçi, təsərrüfat müdiri kimi çalışıblar.

Sabiq əməkdaşlar bir neçə dəfə rəhbərliyə müraciət ediblər. Onlara hər dəfə “gələn ay pulunuz ödəniləcək” deyilsə də, proses uzanır.

Məsələ ilə bağlı “Şamaxı”nın mövqeyini öyrəndik. Komandanın mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov sabiq əməkdaşlarına borclu olduqlarını bildirdi:

“VÖEN-lə xidməti müqavilə əsasında əməkdaşlıq etmiş  məhdud sayda şəxslərə klubun borcu olması halı mövcuddur. Klubun yeni idarə heyəti səlahiyyətlərin icrasına iyul ayının 6-dan başlayıb. Həmin vaxtdan sonra əsas komanda Şamaxıda məskunlaşmağa başladığından, Bakıda həm əmək müqaviləsi, həm də xidmət müqavilə əsasında klubla əməkdaşlıq etmiş bir sıra şəxslərlə qanunvericiliyə uyğun kompensasiya və “köhnə” borclara uyğun hesablaşmalar aparılır. Bu proseslər yaxın zamanda yekunlaşacaq”.

Aut.az

Exit mobile version