AUT.AZ

Ronaldo ilə müsahibəni necə razılaşdırıb? – Aprelin 15-də zəng etdi, dedi ki…

Pirs Morqan Kriştiano Ronaldodan aldığı, böyük səs-küyə səbəb olan müsahibə haqda danışıb.

Aut.az xəbər verir ki, Morqan Ronaldo ilə neçə razılığa gəldiyini də açıqlayıb:

“Bu il aprelin 15-də Ronaldo mənə zəng edərək “Mançester Yunayted”lə bağlı duyğularını ifadə etdi. Onun fikirlərinin dəyişməsi üçün cəmisi 8 ay bəs etmişdi. O, 1 saat ərzində mənə klubdakı problemlərdən danışdı. Onun fikrincə, məhz bu problemlər komandanı Aleks Ferqyusonun vaxtındakı iddialı statusdan məhrum edərək bataqlığa sürükləyib.

Ondan, qayıtdığına peşman olub-olmadığını soruşdum. O, ah çəkərək dedi: “Bəlkə də ürəyim ağlımdan daha yüksək səslə danışdı”.

Ronaldo ehtiras, qəzəb və kədərlə yanırdı. Mən də bunun səbəbini başa düşürdüm.

Söhbətin sonunda ona dedim: “Bu barədə açıq danışmaq istəyirsənsə, mənə bildir”.

O isə belə cavab verdi: “Əgər işlər belə davam edərsə, mən bunu edəcəm. Azarkeşlər buna layiq deyillər. Həqiqəti bilmək onların haqqıdır”.

Aut.az

Exit mobile version