AUT.AZ

Nunu Qomeş “Qarabağ”dan danışdı

Portuqaliya millisinin keçmiş futbolçusu Nunu Qomeş Türkiyənin “TRT Spor” telekanalına açıqlama verib.

Aut.az xəbər verir ki, keçmiş hücumçu “Qarabağ”ın UEFA Konfrans Liqasında Belçika “Gent”i ilə oyunlarına da toxunub:

“Qarabağ”ın prezidenti kluba çox sərmayə qoyur və bu, gec-tez bəhrəsini verəcək.

“Qarabağ” öz ölkəsində turnir cədvəlində birincidir və UEFA Konfrans Liqasında Belçika “Gent”i ilə üz-üzə gələcək. Bu komandaya bir neçə portuqaliyalı, braziliyalı və qanalı futbolçu qoşulub. Onlar yaxşı işləyirlər və əminəm ki, daha uğurlu olacaqlar”.

“Qarabağ” “Gent”lə ilk matçını fevralın 16-da evdə, cavab oyununu isə fevralın 23-də səfərdə keçirəcək.

Exit mobile version