AUT.AZ

Millimizin kapitanından 12 xal

Azərbaycan milli komandasının voleybolçusu Ayşən Abduləzimovanın çıxış etdiyi Macarıstanın “Vaşaş” klubu ölkə çempionatında qələbə seriyasını davam etdirir.

Aut.Az xəbər verir ki, titulun hazırkı sahibi beşinci turda səfərdə “Uypeşt”ə qalib gəlib – 3:0. Millimizin kapitanı matç ərzində 12 xal qazanıb.

 

Beləliklə, xalını 15-ə çatdıran “Vaşaş” “Bekeşçaba”dan set fərqinə görə geri qalaraq ikinci pillədə qərarlaşıb.

Exit mobile version