AUT.AZ

Messini mat etmək istəyir – Ronaldonun etirafı

“Mançester Yunayted”in və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo Lionel Messi ilə rəqabətindən danışıb.

Aut.az xəbər verir ki, Ronaldo Portuqaliya yığmasının mətbuat konfransında Messini üstələmək istədiyini etiraf  edib:

“Mən həm şahmatda, həm də futbolda Messini mat etmək istərdim. Bu, möcüzəvi olardı. Hətta mən dünya çempionatında qalib gəlsəm də, “Messi, yoxsa Ronaldo” mübahisə davam edəcək.

Bəziləri məni, bəziləri də onu bəyənir. Həyatda olduğu kimi. Bəziləri sarışınları, bəziləri qaraşınları sevir. Dünya çempionatı vitrin olacaq.

Amma bundan sonra heç bir titul qazanmasam belə, bütün nailiyyətlərimi nəzərə alsaq, yenə də xoşbəxt olacağam”.

Aut.az

Exit mobile version