AUT.AZ

Komandalar “Misli”nin pulundan imtina etdilər – AFFA-nın ağlasığmaz tələbinə görə

“Misli” Azərbaycan Premyer Liqasının əsas sponsoru olandan sonra söz-söhbət yayıldı ki, komandalara maliyyə yardımı ediləcək. Bununla bağlı rəsmi açıqlama olmasa da, hər komandaya 2 milyon manatın veriləcəyi bildirilirdi. Artıq çempionat yarılanıb, amma bu maliyyədən xəbər-ətər yoxdur.

Aut.az bununla bağlı məlumat əldə edib. AFFA-dakı mənbənin saytımıza verdiyi məlumata görə, “Misli” vəsait ayırıb. Ancaq bəzi komandalar bu vəsaiti qəbul etmirlər. Səbəbi isə olduqca ilgincdir.

Məsələ burasındadır ki, AFFA rəhbərliyi komandaların qarşısında şərt qoyub: maliyyə ayrılan hər bir komandada AFFA-nın bir adamı yüksək vəzifə tutmalıdır. Yəni AFFA prezidenti Rövnəq Abdullayev tələb edir ki, hər bir komandada mənim adamım olmalıdır. Özü də ona böyük – komandada bütün proseslərə nəzarət etmək səlahiyyəti tələb edilir.

Bu tələbdən sonra “Qarabağ”, “Zirə”, “Sabah” və “Qəbələ” “Misli”nin ayırdığı puldan imtina edib.

Sponsorun pulu ortada qalıb, Rövnəq Abdullayevin ağlasığmaz tələbinə görə. Hələ ki, heç kim geri addım atmaq istəmir, nə komandalar, nə də AFFA.

Aut.az

Exit mobile version