AUT.AZ

“İnstaqram”da 500 milyon onu izləyir   

“Mançester Yunayted”in və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo dünyada “İnstaqram”da 500 milyon izləyicisini keçən ilk şəxs olub.

Aut.az xəbər verir ki, Ronaldo “İnstaqram”da ən çox izlənən şəxsdir. 37 yaşlı portuqaliyalı futbolçunun izləyiciləri yalnız sosial şəbəkənin rəsmi profilindən azdır.

Xatırladaq ki, Kriştiano Ronaldo bu yaxınlarda qalmaqallı müsahibə verərək “Mançester Yunayted”in rəhbərliyini, məşqçilər korpusunu tənqid etmişdi. Klub portuqaliyalıya sanksiya tətbiq edib və hücumçu ilə müqaviləni ləğv etmək üçün hüquqi prosesə başlayıb. Hazırda Kriştianonun klubdakı gələcəyi şübhə altındadır.

Aut.az

Exit mobile version