AUT.AZ

İngiltərə İranla oyunda etiraz aksiyası keçirəcək

İngiltərə DÇ-də ilk oyununu bu gün İrana qarşı keçirəcək.

Aut.Az xəbər verir ki, ingilislər matçda etiraz aksiyasına hazırlaşır.

Bunu millinin baş məşqçisi Qaret Sautqeyt oyunöncəsi mətbuat konfransında deyib:

“Hakimin start fitindən əvvəl oyunçularımız irqi ayrı-seçkiliyə etiraz olaraq diz çökəcəklər. Həmçinin kapitan Harri Keyn “LGBTQ+” hüquqlarını təbliğ edən göy qurşağı rəngində sarğı taxacaq. Biz bunu müzakirə etdik və belə qərar verdik. Komanda olaraq inanclarımızın arxasındayıq və uzun müddətdir ki, bunu edirik”.

Qeyd edək ki, “Xəlifə”  stadionunda baş tutacaq İngiltərə – İran oyunu bu gün saat 17:00-da start götürəcək.

Exit mobile version