AUT.AZ

Himn çalınanda yayımı dayandırıblar – İranda   

Dünya çempionatının B qrupunda keçirilən İngiltərə-İran qarşılaşmasında iranlı futbolçular dövlət himnini oxumaqdan imtina ediblər.

Aut.az xəbər verir ki, dövlət himnləri səslənərkən bütün İran ərazisində oyunun yayımı dayandırılıb. Yayım, himn bitəndən sonra davam etdirilib.

Bundan əlavə, iranlı azarkeşlər də ölkə himni çalınarkən onu fitə basıblar.

İranlı futbolçular himni oxumamaqla Məhsa Əmininin öldürülməsindən sonra ikinci aydır ki, iğtişaşlar, mitinqlər və qarşıdurmaların yaşandığı İranda dövlət quruluşuna etirazlarını nümayiş etdiriblər.

Aut.az 

Exit mobile version