AUT.AZ

“Bizdə imperiya təfəkkürü var” – Rusiyalı məşqçi

Rusiya yığması Tacikistan və Özbəkistanla yoxlama görüşləri keçirib. Hər iki qarşılaşma heç-heçə başa çatıb.

Bundan sonra rusiyalı azarkeşlər sosial şəbəkələrdə Rusiya yığmasını tənqid ediblər. Onlar Tacikistanı və Özbəkistanı aşağılayaraq, belə zəif komandalara qalib gəlməməyi biabırçılıq sayıblar.

Aut.az xəbər verir ki, rusiyalı mütəxəssis, Moskva “Lokomotiv”inin sabiq baş məşqçisi Valeri Ovçinnikov bu məsələyə münasibət bildirib. O, rus mentalitetinin qüsurlu olduğunu vurğulayıb:

“Özbəkistan yığmasının səviyyəsini qəbul edə bilmirik. Yəqin ki, bir az fərqli mentalitetimiz var. İmperiya təfəkkürü ilə yaşayırıq. Hesab edirik ki, Sovet İttifaqından sonra müttəfiq ölkələr arasında futbolda bizdən böyük ola bilməz.

Səhv düşünürük, Özbəkistan normal komandadır. Bu heç-heçə də ədalətlidir”.

Aut.az

 

 

 

 

 

Exit mobile version