AUT.AZ

5 milyon maaş vəd edirlər – 18 yaşlı hücumçuya

Dortmund “Borussiya”sı Yussuf Mukoko ilə müqaviləni uzatmaq istəyir.

Aut.az xəbər verir ki, bu barədə Sport1.de məlumat yayıb. Bildirilir ki, Dortmund klubu 18 yaşlı hücumçuya illik 5 milyon avro civarında maaşla müqavilə təklif edib.

Hücumçu hazırda Almaniya millisinin heyətində dünya çempionatındadır. Onunla danışıqların mundialdan dərhal sonra başlayacağı bildirilir.

Yussufun, klubun uzunmüddətli müqavilə təklifini qəbul edəcəyi ehtimalı yüksəkdir. Hazırkı müqavilə mövsümün sonuna kimidir.

Aut.az

Exit mobile version