AUT.AZ

Ronaldo ilə Messi şahmat oynadı: büdcə qorxuncdur – Foto

Kriştiano Ronaldo ilə Lionel Messi “Louis Vuitton”un reklam kampaniyasında birgə iştirak ediblər.

Aut.az xəbər verir ki, reklam Enni Leybovits tərəfindən çəkilib.  Yayımlandıqdan 20 dəqiqə sonra 200.000 bəyənmə. Bir neçə saat ərzində – milyonlarla.

Gözəl foto, möhtəşəm intellekt. Şahmat oyunu, əslində qeyri-realdır – orada 64 xana yoxdur, piyada küncdədir, bu da ola bilməz.

Messi və Ronaldo ilə LV-in bu reklam kampaniyasının büdcəsini təsəvvür etmək qorxuncdur. İş qeyri-real dərəcədə gözəl və bahalıdır. Hamı almağa qaçacaq. Və istənilən xərclər qarşılanacaq.

Şəkil ilk olaraq brendin sosial şəbəkələrində belə şərhlə görünüb: “Qələbə ruh halıdır”.

Bir neçə dəqiqədən sonra foto hər iki oyunçunun sosial şəbəkələrində eyni vaxtda – oxşar başlıqla peyda olub. Ronaldonun “İnstaqram”ında yarım saat ərzində 2,7, Messinin səhifəsində isə 2,2 milyon bəyənmə toplayıb.

Amerikalı fotoqraf Enni Leybovits  Con Lennon, Kraliça II Elizabet, Maykl Cekson, Bill Qeyts, Rihanna və digər məşhurların fotolarını çəkib.

Aut.az

Exit mobile version