AUT.AZ

PSJ-in müştərisi var – Amerikadan

Amerika investisiya fondu PSJ-nin səhmlərini almaq istəyir. Aut.az xəbər verir ki, bu barədə məlumatı “L’Équipe” yayıb.

Mənbənin sözlərinə görə, söhbət Paris komandasının 10 və ya 15 faizlik səhmlərindən gedir.

Fransız klubu hazırda 2011-ci ildə PSJ-ni iki mərhələdə satın alan “Qatar Sports Investments” şirkətinə məxsusdur. Ərəblər birinci mərhələdə səhmlərin 70, ikinci mərhələdə isə 30%-ni almışdılar.

PSJ təxminən 3 milyard avro dəyərində qiymətləndirilir. Parislilərin 10% payını əldə etmək istəyən hər kəs, təxminən 300 milyon avro ödəməlidir.

“Qatar Sports Investments” təklif olduğunu təsdiqləyir, baxmayaraq ki, tərəflərin razılığa gələcəyi haqqında danışmaq hələ tezdir. PSJ-yə müştəri düşən Amerika fondunun adı açıqlanmayıb.

Aut.az

Exit mobile version