AUT.AZ

O boyda iş görmüşdü, indi yada salan yoxdur

UEFA-ın sabiq prezidenti Mişel Platini Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına getməyəcəyini bildirib.

Aut.az xəbər verir ki, bu barədə Platini özü məlumat verib. O, “L’Équipe” nəşrinə açıqlamasında heç kimdən dəvət almadığını deyib:

“Bir çox media strukturunu çıxmaq şərtilə, heç kimdən dəvət almamışam. Qətərə getməyəcəyəm”.

Bir müddət əvvəl FİFA-nın keçmiş prezidenti Yozef Blatter mətbuata açıqlamasında bildirmişdi ki, 2022-ci il dünya çempionatı ABŞ-da keçirilməli idi. Amma Mişel Platini o vaxt Fransa prezidenti olan Sarkozinin tapşırığından sonra iş aparıb və səsvermədə Qətər qalib gəlib.

Aut.az

Exit mobile version