AUT.AZ

Murad Musayev: “Rusiyadan Azərbaycana futbolçu gətirmək çətindir, çünki…”

“Sabah” baş məşqçisi Murad Musayev  rusiyalı futbolçuların Azərbaycan çempionatına niyə gəlmədiyi haqda danışıb.

Aut.az xəbər verir ki, Musayev “RB Sport”a açıqlamasında bildirib ki, bunun əsas səbəbi rusiyalı futbolçuların çox pul tələb etməsidir:

“Rusiyalı futbolçular çox yüksək məvacib alırlar. Azərbaycana kimisə gətirmək çətindir. İspaniya Sequndasından səviyyəli oyunçunu götürmək daha asandır, nəinki Rusiyadan.

Orada eyni səviyyəli oyunçular daha az maaş alırlar? Əlbəttə. Rusiya futbolunun keyfiyyəti İspaniyadan aşağıdır? Deməyəcəyəm ki, Rusiyada futbolun keyfiyyəti Sequndadan aşağıdır. Ancaq həyat, ümumiyyətlə ədalətsiz zarafatdır”.

Aut.az

Exit mobile version