AUT.AZ

Müqavilə şərtlərini klubdan sızdırıblar – Əsəbiləşib

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq klub rəhbərliyindən gileylənib.

Aut.az xəbər verir ki, holland futbolçu 2022-ci ilin yayında müqavilə şərtlərinin mətbuata sızdırlmasında klub rəhbərliyindən şübhələnir. Bu barədə “Telegraaf” məlumat yayıb:

“Müqaviləmlə bağlı məlumatlar sızdı. Bunu mən  sızdırmadım. Müqavilə şərtləri başqa kimdə var idi? Klubda. Deməli, bu sızdırlma klub tərəfindən olmuşdu.

Məncə, buna ehtiyac yox idi. Müqaviləm əvvəlki rəhbərliyin dövründə bağlandığı üçün onun ətrafında mənasız hay-küy yaranmışdı. Klubun bunu etməsinə əsəbiləşdim”.

Aut.az 

 

Exit mobile version