AUT.AZ

Ekvador şeyxləri elə ilk oyunda peşman etdi

Bu gün futbol üzrə dünya çempionatı start götürüb.

Aut.az xəbər verir ki, Qətərdə keçirilən mundialın açılış oyununda ev sahibi komanda ilə Ekvador yığması üz-üzə gəlib.

A qrupu çərçivəsində keçirilən və 60 minlik azarkeş tutumuna malik “El-Bayt” stadionunda baş tutan matçı italiyalı Daniele Orsato idarə edib. Oyundan əvvəl mundialın açılış mərasimi keçirilib. Qarşılaşma isə Ekvador yığmasının ianmlı qələbəsiylə yekunlaşıb. DÇ-2022-nin ilk qoluna imza atan Türkiyənin “Fənərbaxça” klubuna məxsus Enner Valensiya, həm də dublunu rəsmiləşdirib.

Qətər mundiala ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. DÇ-2022 32 komandanın iştirakı ilə baş tutan sonuncu dünya çempionatı olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi çempionatda 48 milli komanda mübarizə aparacaq.

2018-ci ildə keçirilən sonuncu dünya çempionatının qalibi Fransa yığması olmuşdu.

DÇ-2022-nin qalibi 40 milyon dollar qazanacaq. İkinci yeri tutan milli komanda 30 milyon, üçüncü yerin sahibi 27 milyon dollar əldə edəcək.

DÇ-2022
A qrupu

20 noyabr

Qətər – Ekvador 0:2
Qol: E.Valensiya, 16-pen; 31.
Baş hakim: Daniele Orsato (İtaliya)
“El-Bayt” stadionu.

Exit mobile version