AUT.AZ

Bu uşağın məvacibini 10 dəfə artıracaqlar  

“Mançester Yunayted”in yarımmüdafiəçisi Alexandro Qarnaço yaxın vaxtlarda klubdan yeni müqavilə təklifi ala bilər.

Aut.az xəbər verir ki, bu iddianı “The Sun” yayıb. Məlumata görə, “qırmızı şeytanlar” 18 yaşlı vunderkində həftədə 57 min avro ödəməyə hazırdır. İndi o, bonuslar daxil olmaqla 5,7 min avro alır.

2020-ci ilin oktyabrından “Mançester Yunayted”də çıxış edən Qarnaço noyabr ayında komandanın ən yaxşı oyunçusu seçilib.  İspaniyada doğulan və “Atletiko”nun yetirməsi olan Alexandro Argentina millisinin şərəfini qorumağa üstünlük verib.

Qarnaço bu mövsüm bütün turnirlərdə 11 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. “Mançester Yunayted” onun müqaviləsini 2027-ci ilə qədər uzatmaq istəyir. Hazırkı müqavilə 2 mövsümdən sonra başa çatır.

Aut.az

Exit mobile version