AUT.AZ

1978-ci ildən bəri belə şey olmamışdı

Fransa yığmasının hücumçusu Kərim Benzemanın dünya çempionatında iştirak etməyəcəyi rəsmən təsdiqlənib.

Aut.az xəbər verir ki, 1978-ci ildən bəri ilk dəfədir ki, “Qızıl top”un qalibi dünya çempionatında oynamayacaq.

Dünya çempionatı 1978-ci ildə Argentinada keçirildi. 1977-ci ildə Münhenqladbax “Borussiya”sında çıxış edən danimarkalı Allan Simonsen “Qızıl top”un sahibi olur. Lakin Danimarka yığması 1978-ci il dünya çempionatına vəsiqə qazana bilmir.  Seçmə mərhələdə Polşa, Portuqaliya və Kiprlə mübarizə aparan  danimarkalılar qrupda yalnız üçüncü yeri tutdular (Simonsen iki qol vurdu). Argentinaya isə Polşa getdi.

Bu hadisədən sonra “Qızıl top”un sahibləri ardıcıl olaraq 10 dünya çempionatında çıxış ediblər:

Karl-Haynts Rummenigge (1982), Mişel Platini (1986), Marko van Basten (1990), Roberto Baccio (1994), Ronaldo (1998), Maykl Ouen (2002), Ronaldinyo (2006), Lionel Messi (2010) və iki dəfə Kriştiano Ronaldo (2014, 2018).

Aut.az

Exit mobile version