Türkiyə millisi yoldaşlıq oyunu keçirib.
Aut.az xəbər verir ki, Stefan Kuntsun rəhbərlik etdiyi kollektiv Çexiya yığması ilə qarşılaşıb.
3 qolun vurulduğu matçda türklər qələbə qazanıb – 2:1.
Türkiyə millisində Enes Ünal və Hakan Çalhanoğlu, Çexiyada isə Vatslav Çerni fərqlənib.
Türkiyə yığması ilk sınaq matçında Şotlandiyanı eyni hesabla məğlub etmişdi.