AUT.AZ

Qatarın yalnız bir dəfə keçdiyinə inanmır 

“Tottenhem”in və PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettino 2018-ci ildə “Real”ı çalışdıra bilərmiş.

Aut.az xəbər verir ki, bu barədə Poçettino özü “Marca”ya açıqlamasında bildirib:

“2018-ci ildə “Real”dan aldığım təklifi? Düşünmürəm ki, qatar  yalnız bir dəfə keçir. Gözləmək və səbirli olmaq lazımdır. Futbolda əsas şey zamandır.

Aydındır ki, mənim adım həmişə “Real” və ya “Mançester Yunayted” kimi böyük klublarla hallanır.

Bu barədə danışmağı sevmirəm, çünki hazırda işsiz olduğum üçün fikirlərim özümü sırımaq kimi görünə bilər”.

Poçettino 2018-ci ildə Zinəddin Zidan ayrıldıqdan sonra “Real”a rəhbərlik edə bilərdi, lakin argentinalı londonlularla yeni müqavilə imzalayaraq Tottenhemdə qalmağa qərar verdi.

Aut.az

Exit mobile version