AUT.AZ

Messinin qeyri-səmimi hərəkətindən inciməyib

“Barselona”nın və Polşa millisinin hücumçusu Robert Levandovski PSJ-nin hücumçusu Lionel Messi ilə münasibətindən danışıb.

Xatırladaq ki, 2021-ci ildə “Qızıl top”u alan Messi demişdi ki, Levandovski bu mükafatı 2020-ci ildə almalı idi. Sonradan məlum oldu ki, Messi FİFA-nın sorğusunda Levandovskiyə səs verməyib.

Aut.az xəbər verir ki, polşalı hücumçu “Mundo Deportivo”ya verdiyi açıqlamada Leonun qeyri-səmimi davranışından incimədiyini bildirib:

“Ondan inciməmişəm, aramız yaxşıdır. Messi ilə heç vaxt problemimiz olmayıb. Bu məlumatın haradan qaynaqlandığını  bilmirəm”.

 

Aut.az

Exit mobile version