AUT.AZ

Messi qızıl butsla oynayacaq – Foto

Argentina millisinin hücumçusu Lionel Messi Qətərdə keçiriləcək dünya çempionatında geyinəcəyi yeni butslarını nümayiş etdirib.

Aut.az xəbər verir ki, bu barədə ESPN FC  “Tvitter” səhifəsində məlumat yayıb. Ayaqqabılarda stilizə edilmiş “10” rəqəmi, eləcə də qızılı zərli səth nəzərə çarpır ki, bu da Yaxın Şərq  dövləti üçün kifayət qədər uyğun bir simvoldur.

Məşhur argentinalı üçün “Adidias”ın hazırladığı qızıl buts modeli “The Adidas X Messi 2022 World Cup Speedportal” adlanır.

Argentina yığması DÇ-2022-də Səudiyyə Ərəbistanı, Meksika və Polşa ilə C qrupunda mübarizə aparacaq.

Aut.az

 

Exit mobile version