AUT.AZ

Messi niyə fərdi məşq edib? – Foto

Argentina yığmasının lideri Lionel Messi bu gün komanda ilə yox, fərdi məşq edib.

Aut.az xəbər verir ki, “Marca” nəşri bunun səbəbini açıqlayıb. Leo baldır əzələlərinə böyük yük düşdüyünə görə ümumi qrupda çalışmayıb.

35 yaşlı hücumçu meydana hamıdan gec daxil olub,  komanda yoldaşlarına qoşulmayıb və fərdi şəkildə çalışıb.

O, dünən – noyabrın 18-də fərdi məşq edib. Messinin turnirin ilk oyununa hazır olacağı qeyd edilir.

Aut.az

Exit mobile version