AUT.AZ

İngiltərədə ilk afrikalı baş məşqçi ola bilər

“Uiqan” Kolo Turni baş məşçqçi postuna gətirmək niyyətindədir.

Aut.az xəbər verir ki, “Uiqan”ın sahibi Talal Əl-Həmməd, hazırda “Lester”də  Brendan Rocersin köməkçisi olan “Arsenal” və “Mançester Siti”nin sabiq müdafiəçisi ilə danışıqlar aparmaq üçün şəxsən Londona uçub.

41 yaşlı fil dişi sahilli Ture bu təklifi dəyərləndirəcəyi təqdirdə, İngiltərə futbolunda ilk afrikalı baş məşqçi ola bilər.

Əvvəllər “Uiqan” Kolonun qardaşı Yaya Ture ilə maraqlansa da, o, bundan imtina edib. Yaya Ture avqust ayından “Tottenhem”in U-16 komandasının baş məşqçisidir.

“Uiqan” Çempionşipdə turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb.

Aut.az

Exit mobile version