AUT.AZ

Dünya çempionatının qalibini açıqladı

Qətərdə baş tutacaq DÇ-2022-nin başlamasına artıq saatlar qalıb.

Aut.az xəbər verir ki, mundial öncəsi İngiltərənin Oksford Universiteti riyazi hesablamalara əsasən turnirin qalibinin kim olacağını müəyyənləşdirib.

Riyaziyyat fakultəsinin professoru Coşua Bill qrup mərhələsi üçün 1 milyon dəfə, pley-off mərhələləri üçün isə 100 min dəfə həyata keçirdiyi testlərə əsasən Braziliyanın dünya çempionu olacağını gözlədiyini bildirib. “Sambaçılar” finalda Belçikanı məğlub edəcək.

Yarımfinal mərhələsində Braziliya Argentinanı, Belçika isə Fransanı məğlub edəcək.

Exit mobile version