AUT.AZ

“DÇ-2022 bəhanə”si ilə tikilən mülklər

Noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək Dünya Çempionatı futbol tarixinin ən bahalı yarışı olacaq.

Aut.az xəbər verir ki, Doha 12 il ərzində turnirə hazırlıq üçün 300 milyard dollar xərcləyib.

Qətərin paytaxtı Dohada böyük dəyişikliklər aparılıb. Yaxın Şərqdə ilk Dünya Çempionatı üçün yeni stadionlar və hotellər tikilib ki, bu yeni tikililər bir milyondan çox futbol azarkeşini qəbul etməyə hazırdır.

Turnirə hazırlıq çərçivəsində yeddi yeni futbol stadionu, metro stansiyası, hava limanı, xəstəxanalar, hotellər və ticarət mərkəzləri inşa olunub.

Qətərdə keçirilən dünya çempionatından gəlirin təxminən 5,4 milyard dollar olacağı gözlənilir.

Exit mobile version