AUT.AZ

Cəhənnəmdəyik – İngilis azarkeş

Dünya çempionatını izləmək üçün Qətərə gedən İngiltərə yığmasının azarkeşlərindən biri oradakı durum haqda danışıb.

Aut.az xəbər verir ki, o, Qətərdəki şəraiti cəhənnəmə bənzədib. Azarkeş “The Times”a verdiyi açıqlamada belə deyib:

“Qətərdə fan-zonalar, fan-kəndlər cəhənnəmi xatırladır. Mənzildə kondisioner güclə işləyir və döyüş təyyarəsinin səsini çıxardır. Gün ərzində davamlı işləsə belə, temperatur yenə də 27 dərəcədən aşağı düşmür. Gecə onu yandırmaq olmaz, çünki çox səs-küylüdür.

Çarpayılar? Onlar daş kimi sərtdirlər. Ondansa, yerdə yatmaq daha rahatdır. Mən heç vaxt belə narahat yerdə olmamışam. 10 gündür ki, buradayıq və bu, qorxulu yuxudur”.

Aut.az

Exit mobile version