AUT.AZ

“Barsa” bu 10 nəfəri güdəcək

“Barselona”  sabah Qətərdə start götürəcək dünya çempionatında on futbolçunu izləməyi planlaşdırır.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Mundo Deportivo” yayıb. Məlumata görə, Kataloniya klubu heyəti gücləndirmək niyyətindədir. Sağ cinah müdafiəçisi mövqeyinə daha çox diqqət ayrılıb. Çünki o mövqedə çıxış edən Hektor Belerin ümidləri doğrultmur.

Qeyd olunur ki, “Barselona” Portuqaliya və “Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalo, “Bavariya”nın  futbolçusu Benjamin Pavar, həmçinin Dortmund “Borussiya”sında çıxış edən Tom Mönye və “Vilyarreal”da oynayan Xuan Voiti izləyəcək.

“Barselona” sağ cinah müdafiəçilərindən savayı, yarımmüdafiəçilər Yuri Tilemans (Belçika, “Lester”), İlkay Gündoğan (Almaniya, “Mançester Siti”), Marko Asensio (İspaniya, “Real”) və Bernardo Silvanı (Portuqaliya, “Mançester Siti”) da diqqətdə saxlayacaq.

Hücumçulardan isə “Milan” və Portuqaliya yığmasının futbolçusu Rafael Leau, həmçinin Almaniya millisinin və “Borussiya”nın oyunçusu Yusuf Mukokonu izləməyi planlaşdırır.

Aut.az

 

Exit mobile version