“Ximki”nin yarımmüdafiəçisi Ayaz Quliyev qarşıdan gələn dünya çempionatı ilə bağlı gözləntilərini bölüşüb.
Aut.az xəbər verir ki, Azərbaycan əsilli futbolçu “Championat.com”a açıqlamasında kimə azarkeşlik edəcəyini açıqlayıb:
“Əlbəttə, dünya çempionatını izləyəcəm. Kimə azarkeşlik edəcəm? Oyun üslubundan danışırıqsa, o zaman braziliyalılar, fransızlar və ispanlara. Amma mən istəyirəm ki, Braziliya dünya çempionu olsun”.
Braziliya dünya çempionatında Serbiya, İsveçrə və Kamerunla G qrupunda mübarizə aparacaq.
Aut.az