AUT.AZ

Avropa əxlaq dərsi verməməli, üzr istəməlidir – Prezident

FİFA prezidenti Canni İnfantino noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatından əvvəl mətbuat konfransında çıxış edib.

Aut.az xəbər verir ki, İnfantino Qətərin mundiala hazır olduğunu bildirib:

“Bu gün mən güclü emosiya  hiss edirəm. Bu gün özümü qətərli, ərəb, afrikalı, gey, fiziki məhdudiyyətli, əməkçi miqrant kimi hiss edirəm.

Dünya çempionatının Qətərdə keçirilməsi ilə bağlı 12 il əvvəl qəbul edilmiş qərarın tənqidini qəbul etmək asan deyil. Amma Qətər hazırdır, bu, tarixin ən yaxşı dünya çempionatı olacaq.

Mən avropalıyam. Dünyada üç min il ərzində etdiklərimizə görə növbəti üç min il üçün üzr istəməliyik, əxlaq dərsi verməməliyik”.

Dünya çempionatı noyabrın 20-də start götürəcək. Turnirin Qətərdə təşkili, insan haqlarının pozulması, əməkçi miqrantların aşağı maaş alması ciddi tənqidlərə məruz qalıb.

Aut.az 

 

Exit mobile version