AUT.AZ

 “Ərəb gecələri”ndən imtina etdilər – Maraq yoxdur

Belçika Futbol Federasiyası DÇ-2022 üçün fan-zona yaratmaq planlarından imtina edib.

Aut.az xəbər verir ki, buna səbəb azarkeş marağının az olması göstərilir. Bu barədə “AP News”a ölkə futbol federasiyasının nümayəndəsi məlumat verib:

“Azarkeşlərin çoxu Qətərə gedə bilmədiyi üçün biz dünya çempionatını fan-zona yaratmaqla öz ölkəmizdə “təşkil” etmək istədik. Lakin nəzərdə tutulduğundan qat-qat az bilet satdıq. Ona görə də bu ideyadan imtina etdik”.

“Ərəb gecələri” adlanacaq fan-zona Belçika millisinin oyunları zamanı fəaliyyət göstərəcəkdi. Biletlər təxminən 10 dollara satılırdı. Federasiyadan bildiriblər ki, bilet alan azarkeşlərə kompensasiya ödəniləcək. Belçikanın turnirdəki üç qrup oyunu  üçün fan-zonaya mindən az bilet satılıb.

Aut.az  

 

Exit mobile version