AUT.AZ

Rusiyadan rüşvət alan sabiq vitse-prezident ABŞ-a aparılır

Korrupsiyada ittiham olunan FİFA-nın sabiq vitse-prezidenti Cek Uorner Trinidaddan ABŞ-a ekstradisiya ediləcək,

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” London məhkəməsindəki mənbəyə istinadən yayıb.

ABŞ Ədliyyə Nazirliyi Uorneri 2018 və 2022-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin seçilməsi ilə bağlı səsvermə zamanı Rusiya və Qətərdən rüşvət almaqda ittiham edir. ABŞ Ədliyyə Nazirliyinin hesabatında deyilir ki, Uorner Rusiyanın lehinə iş aparmaq üçün 5 milyon dollar alıb.

Uornerin ABŞ-a ekstradisiyası barədə qərar çoxdan verilib, lakin keçmiş FİFA rəsmisi buna etiraz etməyə çalışıb. Amma onun müraciət etdiyi bir çox ölkələrin məhkəmələri Cekin vəkillərinin şikayətini rədd edib. Qeyd edək ki, sabiq FİFA rəsmisinin təqsiri, hələlik sübuta yetirilməyib, proses davam edir.

2015-ci ildə FİFA Uorneri futbolla bağlı hər hansı fəaliyyətdən uzaqlaşdırıb. Funksioner özü isə bütün ittihamları rədd edir.

Aut.az  

Exit mobile version