AUT.AZ

Rekordu təkrarlandı

ABŞ-ın “Bruklin” komandasının basketbolçusu Kevin Dürant əfsanəvi oyunçu Maykl Cordanın rekordunu təkrarlayıb.

Aut.Az xəbər verir ki, 34 yaşlı Dürant bu uğura “Portland”ı 109:107 hesabı ilə yendikləri görüşdə imza atıb.

O, həmin qarşılaşmada 35 xal toplamağı bacarıb. Kevin ardıcıl 16 oyunda komandasına 25 və daha çox xal qazandırıb.

Maykl Cordan 1988/1989 mövsümündə “Çikaqo”nun heyətində eyni uğura imza atmışdı.

Mütləq rekord 1961/1962 mövsümündə 80 matçda 25 və daha çox xal qazanan Uilt Çemberlenə məxsusdur.

Exit mobile version