AUT.AZ

Qətər FİFA-nı aldatdı – Pivəyə qadağa qoydu

Qətər dünya çempionatının başlamasına iki gün qalmış stadionlarda pivə satışını qadağan edib.

Aut.az xəbər verir ki, futbol arenalarında azarkeşlərə yalnız sərinləşdirici içkilər təklif olunacaq.

“The New York Times” qəzetinin yazdığına görə, adının açıqlanmasını istəməyən rəsmi şəxs stadionda spirtli içkilərin satışına qadağa qoyulduğunu təsdiqləyib. Bildirilir ki, Qətər qısa zamanda bununla bağlı açıqlama verəcək.

Qeyd edək ki, daha əvvəl Qətərlə FİFA arasında stadionlarda pivə satışı ilə bağlı razılıq əldə edilmişdi. Razılaşmaya əsasən, stadionlarda xüsusi zonalar yardılacaq və pivə də orada satılacaqdı.

Xatırladaq ki, DÇ-2022-də ilk oyun bazar günü, noyabrın 20-də baş tutacaq. Qətər millisi Ekvadorla qarşılaşacaq.

Aut.az 

Exit mobile version