AUT.AZ

Tək-tənha qalan Messi – Foto

Lionel Messi Argentina yığmasının yeganə oyunçusudur ki, Dohada otaqda tək qalır.

Aut.az xəbər verir ki, Argentina millisinin 35 yaşlı kapitanı ilk dəfədir ki, böyük turnirlərdə otaqda tək qalır. O, əvvəllər həmişə Serxio Aguero ilə bir otaqda qalırdı. Lakinin Leonun yaxın dostu artıq karyerasını bitirib.

Aqueronun karyerasını bitirməsindən sonra Messi milli komandanın düşərgəsində olduğu vaxtlarda otaqda tək qalmağa üstünlük verib. DÇ-2022-in seçmə mərhələ oyunları zamanı belə olub.

Leo DÇ-2010-da Xuan Veronla, sonrakı iki turnirdə isə Aquero ilə bir otaqda qalıb.

Aut.az

Exit mobile version