AUT.AZ

Meşədə “səyahət ehtirası” – Foto

2008-ci ildə Fransa Açıq çempionatının (“Rolan Qarros”) qalibi, dünyanın sabiq bir nömrəli tennisçisi Ana İvanoviç sosial şəbəkədə yeni paylaşım edib.

Aut.az xəbər verir ki, serb tennisçi əri, Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştayqerlə çəkdirdiyi fotonu yayımlayıb.

Onlar yenə də istirahət edirlər. Amma bu dəfə böyük şəhərdə yox, təbiətin qoynunda, meşədə dincəlirlər.

İvanoviç fotoya “Səyahət ehtirası” şərhini yazıb.

35 yaşlı Ana İvanoviç 2016-cı ilin dekabrında karyerasını bitirib  O, elə həmin ilin iyul ayında Şvaynştayqerlə ailə qurub. 2018-ci ilin mart ayında cütlüyün oğlu olub. 2019-cu ilin oktyabrında Bastian karyerasını bitirdiyini elan edib.

Aut.az 

Exit mobile version